Bu gün futzal üzrə Azərbaycan millisi növbəti oyununu keçirib.
Milli.Az apasport.az-a istinadən xəbər verir ki, komandamız Moldova ilə yoldaşlıq matçında qüvvəsini sınayıb.
AVRO-2018-in seçmə mərhələsinə hazırlaşan yığmamız dünən qarşılaşdığı rəqibi yenidən sınağa çəkib. Qonaqları 6:1 hesabı ilə məğlub edən millimiz ikinci qələbəsini də qazanıb.
Bakı İdman Sarayında keçirilən qarşılaşma 3:2 hesabı ilə millimizin xeyrinə başa çatıb. Faiq Əliyevin dubl etdiyi oyunda yığmamızın digər qolunu Kardosa Everton vurub.
Yoldaşlıq oyunu
30 mart
Azərbaycan - Moldova - 3:2
Qollar: Faiq Əliyev (2), Everton Kardozo
Bakı İdman Sarayı
Milli.Az
Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində