Kətan toxumunun faydaları saymaqla bitmir

Kətan toxumunun faydaları saymaqla bitmir
23:05 30 Mart 2017
842 Ölkə
Ölkə mətbuatı
A- A+

E və K vitaminləri ehtiva edən kətan bitkisi, bundan əlavə, kalsium, mis, dəmir baxımından zəngindir. Kətan toxumu tam bir maqnezium anbarıdır.

Milli.Az deyerler.org-a istinadən bildirir ki, bundan başqa Omega 3 yağları baxımından çox zəngindir. Buna görə kətan toxumu xüsusilə arıqlamaq istəyən şəxslərin və vegetarianların əsas istehlak etdiyi qidalardan biridir. İndi isə, gəlin kətan toxumunun bəzi faydaları ilə yaxından tanış olaq:

- Ürək sağlamlığını qoruyur, xolesterolun səviyyəsini aşağı salır, bağırsaqları işlədir, dərini yumşaldır, oynaq narahatlıqlarında ağrı və şişməyə qarşı faydalıdır.
- Aparılan araşdırmalar kətan toxumunun bəzi xərçəng növlərinə qarşı qoruyucu təsiri olduğunu göstərmişdir.
- Bədənin sağlam olması üçün ehtiyac duyduğu Omega 3 yağ turşusunu ehtiva edir.
Kətan toxumunu istehlak edərkən nələrə diqqət etmək lazımdır:
- İstiliyə məruz qalmamalı və yemək hazırlanmasında istifadə edilməməlidir.
- İşıqdan qorumaq vacibdir.
- Böyük şüşələrdə satılanlar əvəzinə kiçik şüşələri seçin.
- Dondurularaq qorunmalıdır.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/529827.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR