“Kimlə rəqib olmağın fərqi yoxdu” – Filip Ozobiç

“Kimlə rəqib olmağın fərqi yoxdu” – Filip Ozobiç
23:05 30 Mart 2017
96 İdman
Ölkə mətbuatı
A- A+

"Qəbələ"nin futbolçusu Filip Ozobiç "İnter"lə oyundan sonra jurnalistlərə mini müsahibə verib.

Milli.Az apasport.az-a istinadən  həmin açıqlamaları təqdim edir.
 
- Oyun necə keçdi?

- Biz göstərdik ki, yaxşı komandamız var. Lazımi qələbə qazandıq. İndi cavab oyununda da eyni ciddiyyətlə oynayıb finala yüksəlməliyik.
 
- Finalda "Neftçi" ilə oynamaq istərdiniz, ya "Qrabağ"la?

- Kimlə rəqib olmağın elə də fərqi yoxdu. Əsas odu ki, biz öz vəzifəmizin öhdəsindən gələk, finala çıxaq.
 
- Hazırlıq oyununda Estoniya millisində çıxış edən hazırkı komanda yoldaşınız Sergey Zenyov millinizə qol vurdu. Bu sizə ağır deyil?

- Xorvatiyanın uduzmağına üzülsəm də, Saşanın qol vurmasına çox sevindim. Bu qol onda özünəinam yaradacaq.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/530692.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR