Qafqazda ən çox abort hansı ölkədə qeydə alınır? - STATİSTİKA

Qafqazda ən çox abort hansı ölkədə qeydə alınır? - STATİSTİKA
23:12 30 Mart 2017
1157 Dünya
Ölkə mətbuatı
A- A+

Mühafizəkarlığı ilə seçilən Qafqaz regionunda qadınların abort etməsi neqativ hal kimi qəbul olunsa da, Sovet İttifaqının dağılmasından keçən 26 il ərzində aonların sayı durmadan artıb.
 
2016-cı il martın 31-də qondarma Abxaziya Respublikası referendum keçirərək abortu konstitusiya səviyyəsində qanundankənar elan etdi. Rusiyanın tərkibindəki Şimalki Qafqaz respublikaları da bu sahədə qanunvericliyi sərtləşdiriblər.
 
Milli.Az modern.az-a istinadən Qafqazda hər 100 doğuşa düşən abort sayını təqdim edir.
 
Qafqaz regionunda ən yüksək abort göstəricisi Gürcüstandadır. Belə ki, 2015-ci ilin məlumatına görə, bu ölkədə hər 100 doğuşa 57 abort düşür. Qondarma Abxaziya respublikasında bu göstərici 41, separatçı Cənubi Osetiyada isə 29 təşkil edir.
 
Ermənistan hər il 100 doğuşa 27 abort düşür. Azərbaycanda gəlincə, 2015-ci ildə ölkədə hər 100 doğuşa 17 abort faktı düşüb. Ən az abortun qeydə alındığı ölkələr isə Şimali Qafqazın Çeçenistan, İnquşetiya və Dağıstan kimi subyektləri sayılır.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/530696.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR