Qəbələdə kişi arvadını öldürdü

Qəbələdə kişi arvadını öldürdü
23:19 30 Mart 2017
209 Digər
Ölkə mətbuatı
A- A+

Qəbələ rayonunda qətl hadisəsi törədilib. APA-nın yerli bürosunun xəbərinə görə hadisə rayonun Böyük Pirəli kəndində qeydə alınıb. Kənd sakini 1982-ci il təvəllüdlü Ağababyev Vasif Akif oğlu ailə münaqişəsi zəmnində aralarında baş verən dava zamanı həyat yoldaşı, 1985-ci il təvəllüdlü Ağababayeva Afət Həsənağa qızını bıçaqlayıb. Bədənin müxtəlif nahiyələrindən bıçaq xəsarətləri alan Afət Ağababayeva hadisə yerində dünyasını dəyişib. Rayon sakinlərinin sözlərinə görə, hadisə qısqanclıq səbəbindən baş verib.

 

Hadisəni törədən şəxs tutulub.

 

Faktla bağlı Qəbələ rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.     


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/270963

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR