Təbiətin canlanmasından ala biləcəyimiz 3 dərs

Təbiətin canlanmasından ala biləcəyimiz 3 dərs
23:22 30 Mart 2017
81 Ölkə
Ölkə mətbuatı
A- A+

Bahar - təbiətin canlandığı bir fəsildir ki, Qurani-Kərim onu məada bənzədir. Quran, insanın məadını təbiətin canlanması kimi bəyan etməyə çalışır. "Ey insanlar! Əgər (ölümdən sonra) dirilməyə şübhə edirsinizsə, onda (öz yaradılışınıza diqqət yetirin. Görmürsünüzmü ki,) Biz sizi (ulu baba və nənənizi möcüzəvi şəkildə birbaşa) torpaqdan, sonra (onların sonrakı nəsillərini isə vasitə ilə, torpağın tərkibində olan maddələri cəzb edib bədənə ötürməklə) nütfədən, sonra ələqədən (nütfənin dönüb olduğu laxta qandan) daha sonra bəzisinin yaradılışı kamil, bəzisininki isə qeyri-kamil olan muzğədən (ələqənin dönüb olduğu ət parçasından) yaratdıq ki, sizə (bu tədrici yaradılışda qüdrət və hikmətimizin son həddini) aydınlaşdıraq.

Biz (muzğədən) istədiyimizi (dölün kamilləşdiyi) müəyyən müddətədək uşaqlıqda saxlayırıq. Sonra sizi körpə olaraq (doğurub) çıxarırıq.
(Daha) sonra cismi və ruhi kamala çatmağınız üçün (sizi qoruyuruq). Sizdən bəzisi (qocalmamış) vəfat edir və bəziniz ömrün ən aşağı mərhələsinə kimi aparılır ki, nəhayət o, (çoxlu) elmdən sonra heç nə bilməz. Və (qışda) yeri (torpağı) quru və ölmüş görürsən. Amma ona (yağış, qar və dolu şəklində) su göndərən kimi hərəkətə gəlir, qabarır və sevinc gətirən hər növ (bitki)dən bitirir. (İnsan və bitkilərin) bu (cür yaradılmaları) ona görədir ki, Allah haqdır, ölüləri dirildən Odur və O, hər şeyə qadirdir". ("Həcc" 5-6).
Milli.Az deyerler.org-a istinadən bildirir ki, təbiətin bu canlanmasından biz insanlar 3 dərs ala bilərik.
1. Necə ki, qışın qurutduğu ağac budağı bahar gələn kimi tumurcuqlayar və çiçək açar, biz insanlar da gərək elə işlər görək ki, məhşər səhrasında təravətli şəkildə ayağa qalxa bilək. Quran, bu təravəti əməllərin gözəlliyində görür və buyurur: "Hər kəs yaxşı əməllə gəlsə, (əvəzində) daha yaxşı (mükafat) onundur (onu gözləyir). Onlar həmin gün qorxu və dəhşətdən amandadırlar". ("Nəml" 89).
2. İkinci dərs - bu gözəllikləri yaradan Xaliqin qüdrətini görməkdir. Quran bu haqda buyurur: "Və məgər onlar öz-özlüklərində Allahın göyləri və yeri və o ikisinin arasındakıları yalnız haqq ilə (əql əsasında olan yüksək hədəf və məqsəd üçün) və yalnız məhdud və müəyyən bir müddət üçün yaratdığını fikirləşmədilərmi?". ("Rum" 8).
3. Baharın bu gözəlliklərinin qalma vaxtı azdır və insan gözünü yumub-açana qədər hamısı aradan gedəcəkdir. Yəni, insan ömrü də o cürdür, fürsətlər insanın əlindən çox tez gedir. Ona görə də hər birimiz bu fürsətin qədrini bilməliyik. "Heç bir ümmət və dəstə, özünün müəyyən (edilmiş ömür) müddətindən nə irəli keçə bilər və nə geri qala bilər". ("Hicr" 5).
Allah Təala bizləri bu ibrətləri dərk edənlərdən qərar versin.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/529821.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR