Məşhur duanın mötəbər mənbəyi varmı?

Məşhur duanın mötəbər mənbəyi varmı?
23:32 30 Mart 2017
217 Ölkə
Ölkə mətbuatı
A- A+

İmam-Zamanın salamatlıq duası kimi tanınan məşhur duanın mötəbər mənbəyi varmı?

"Allahummə kun li-vəliyyikə" sözləri ilə başlayan bu duanı adətən namazdan sonra oxuyurlar.

Milli.Az islam.az-a istinadən bildirir ki, dua Həzrət İmami-zamanın (ə) salamatlığına və zühurunun tezliyinə yönəlib. Duanın fərqli variantlarına müxtəlif qədim mənbələrdə rast gəlmək mümkündür. Cəfəri məzhəbinin ən mötəbər hədis toplularından olan "Kafi" kitabında duanın mətni cüzi fərqlə ("Hüccət ibnil-Həsən" əvəzinə "fulan ibni fulan" deyilməklə) məsum imamlardan nəql olunub, amma konkret hansı imamdan nəql olunması bildirilməyib. Böyük cəfəri alimi Seyyid ibn Tavus "İqbal" kitabında bu duanı oxşar sənədlə verib. Hər iki mənbədə dua Ramazan ayının 23-cü gecəsinin duası kimi təqdim olunur, bununla yanaşı qeyd edilir ki, duanı Ramazan ayının hər günündə və ümumiyyətlə hər zaman oxumaq müstəhəbdir. Kəfəmi adlı məşhur alim də "Misbah" və "Bələdül-əmin" adlı kitablarında duanı rəvayət edir, birinci kitabda onu günün 12-ci saatının (bu saat İmam-Zamana aiddir) duası kimi, ikinci mənbədə isə "Kənzül-ərş" (ərşin xəzinəsi) duası kimi təqdim edir. Əllamə Məclisi duanı həmin mənbələrə istinadən "Biharül-ənvar"a daxil etmişdir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/529813.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR