Portağal xərçəngə qarşı dərmanlardan 10 qat daha təsirlidir

Portağal xərçəngə qarşı dərmanlardan 10 qat daha təsirlidir
23:37 30 Mart 2017
746 Ölkə
Ölkə mətbuatı
A- A+

Portağal xərçəngə qarşı dərmanlardan 10 qat daha təsirlidir. Zəngin C vitamini tərkibi ilə olduqca faydalı olan portağalın yeni bir xüsusiyyəti məlum oldu.

Milli.Az deyerler.org-a istinadən bildirir ki, nəticələri Oncotarget jurnalında nəşr olunan araşdırmada, C vitamininin bəzi xərçəng dərmanları və təcrübi dərman 2-DG-dən 10 qat daha təsirli olduğu qeyd edildi.
 
Araşdırma xərçəng kök hüceyrələrinin maddələr mübadiləsini pozmağı və çoxalmasına mane olmağı məqsəd qoymuşdur və uzun müddətdir ki, davam etdirilir. Araşdırma qrupunun başındakı doktor Maykl Lisanti bu mövzu barəsində ətraflı məlumat verdi: "Araşdırma sayəsində çox önəmli yeni məlumatlar əldə etdik. Dərmanlar xəstəliklərə, xüsusilə xərçəngə qarşı o qədər də təsirli deyil. Vitaminlər isə, daha ucuzdur. Bir çox insan asanlıqla əldə edə bilər.
 
Araşdırmanın erkən nəticələrinə görə, xüsusilə portağalda olan C vitamini xərçəngə qarşı çox daha təsirlidir. Bu isə, olduqca önəmlidir. "

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/529822.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR