Dünyanın ən bahalı tualetlərinin qiymətləri
açıqlanıb.
Publika.az-ın məlumatına görə, dünyanın ən bahalı tualeti
19 milyon dollardır. Beynəlxalq Kosmos Stansiyasında olan tualeti
Rusiya 2008-ci ildə hazırlayıb. Kosmonaftlar üçün hazırlanan tualet
xüsusi dizayna sahibdir.
Digər bir bahalı tualet isə "Hang Fung" şirkəti tərəfindən
hazırlanıb. Dəyəri 5 milyon dollar olan sanitar qovşaq 24 karat saf
qızıldan hazırlanıb. Artıq qızılın dəyəri bahalaşdığı üçün tualet
sahibləri qızılı əridib baha satmağı planlaşdırır.
Şanxayın məşhur "Moon River Art Park"ında olan tualet dünyanın ən
bahalı üçüncü tualetidir. Bu sanitar qovşağın qiyməti 750 min
dollardır. Bir mağaranın içərisində olan tualet yerli turistlərin
marağına səbəb olur. Parka daxil olanlar üçün tualetdən istifadə
pulsuzdur.
"Isis" kolleksiyasının bir parçası olan bir tualet isə 75 min
dollar həcmində qiymətləndirilir. Svarovski daşlar ilə bəzədilən
tualet görünüşü ilə insanları valeh edir.
"Daqobert" adlı taxta tualet 14,123 dollardır. Tualet Fransadakı
Merovinqian xanədanlığının son kralı Daqoberdin adını daşıyır.