Astroloji proqnoz - 31 mart

Astroloji proqnoz - 31 mart
00:18 31 Mart 2017
228 Maraqlı
Ölkə mətbuatı
A- A+

Qoç - xarici təsirlərə qarşı çox həssassınız. Bir tərəfdən, bu yaxşıdır - intuisiyanız güclənir, davranışlarınızın nəticəsini əvvəlcədən təxmin edə bilirsiniz, digər tərəfdən isə pisdir - pisniyyət bir adamın əlində alətə çevrilə bilərsiniz.

Buğa - uğurlu gündür. Enerjiniz, özünüzə inamınız, qətiyyətiniz kifayət qədərdir. Yığılıb qalan problemlərin öhdəsindən gələ biləcəksiniz. Xüsusilə günorta vaxtı çoxalan xarici təsirlərə müqavimət göstərməyə gücünüz yetər. Sağlamlaşdırıcı və kosmetoloji prosedurlar effektli olacaq. Bu gün səhhətinizlə məşğul olmaq üçün vaxt ayırmağa çalışın.

Əkizlər - mənfi tendensiyaların təsir gücü artacaq. Yaxınlarınızla dil tapmaq çətinləşəcək, sizi hər zaman gözəl anlayan insanlarla mübahisə edə bilərsiniz. İntuisiyanızı dinləyin, düzgün davranış xətti seçərək münaqişələrdən qaça bilərsiniz.

Xərçəng - məqsədləriniz böyük, qarşınızda duran problemlər nəhəngdirsə, durmayın, hərəkət etmək vaxtıdır. Xırda məsələlərə əhəmiyyət verməsəniz də olar, onlar ya öz-özünə həll olunur, ya da sizin boş vaxtınızı gözləyir. Qeyri-adi metodlar çox effektli olacaq.

Şir - ətrafınızdakılar sizə təəccüblənirlər, çünki başqalarının öhdəsindən gələ bilmədikləri işləri çox uğurla bitirirsiniz. Yeni tanışlıqlar üçün uyğun gündür. Qarşı cinsin nümayəndələrində güclü təəssürat yaradırsınız.

Qız - məhz bu gün ətrafınızdakılarla münasibətlərinizi dəyişə, prioritetlərinizi təkrar gözdən keçirə, qarşınıza yeni məqsədlər qoya bilərsiniz. Detallara diqqət və bütün yaranan suallara ciddiyyətlə yanaşmağınız səhvlərdən və itkilərdən qaçmağa imkan verəcək.

Tərəzi - qətiyyətli və məqsədyönlü insanlar əla nəticələr əldə edirlər. Gələcək rifahınızın əsasını qoymaq, yaxud sizin üçün yeni perspektivlər vəd verən tanışlıqlar qurmaq olar. Maliyyə işlərinizdə səliqə-sahman vacibdir.

Əqrəb - öz bildiyiniz kimi hərəkət edir, nə ətrafınızdakıların rəyini dinləyir, nə də şəraiti nəzərə alırsınız. Ancaq nəticə bu etdiklərinizə dəyər: axşama doğru özünüzlə qürrələnməyiniz üçün kifayət qədər əsasınız olacaq.

Oxatan - yaxınlarınızla münasibətlərdə səmimi olun, eyhamlardan və yarımçıq kəlamlardan qaçın. İstək və gözləntiləriniz barədə nə qədər açıq danışsanız, bir o qədər yaxşıdır. Ziyafətlərə getmək faydalıdır. Yeni tanış tapmaq fikrində olan Oxatanlar bu gün bu niyyətlərinə çatacaqlar.

Oğlaq - həm işdəki, həm də şəxsi məsələlərin həlli üçün ən uğurlu gündür. Çətinliklər sizi qorxutmur: məqsədinizə çatmaq üçün tər tökməyə hazırsınız, bilirsiniz ki, zəhmətiniz hədər getməyəcək.

Dolça - tərəfdaşlarınızı düzgün seçməyiniz vacibdir. Mövqelərinizin üst-üstə düşdüyü adamları axtarın, əks halda vaxtınızın çoxu kimisə dilə tutmağa, yaxud təsəlli verməyə sərf olunacaq.

Balıqlar - ailə, dost, sevgi bağları daha da möhkəmlənir və bu xoşunuza gəlir. Yaxınlarınızla aranızda hansısa fikir ayrılıqları, incikliklər vardısa, onları aradan qaldırmağa çalışın. Son vaxtlar savaşan sevgililərin həyatlarında yeni dönəm başlanır.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://publika.az/news/qoroskop/193175.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR