Xırdalanda atışma: Maskalılar iş adamını güllələdilər

Xırdalanda atışma: Maskalılar iş adamını güllələdilər
00:53 31 Mart 2017
245 Ölkə
Ölkə mətbuatı
A- A+

Bu gün gecə saatlarında Abşeron rayonunda güllələnmə hadisəsi baş verib.

Publika.az xəbər verir ki, hadisə Xırdalan şəhəri, 280-ci məhəllə adlanan ərazidə qeydə alınıb. Həmin ərazidə naməlum şəxslər bir nəfəri güllələyib. Hadisə şahidlərinn sözlərinə görə, həmin şəxslər qara maskada olublar. Güllələnən şəxsin iş adamı olduğu deyilir.

Hadisə ilə bağlı Xırdalan şəhər Təcili Tibbi Yardım Stansiyasına çağırış olub. Stansiyadan həmin şəxsin həyatda olub-olmaması barədə məlumatın olmadığı deyilib. Hadisəni Xırdalan şəhər Polis İdarəsindən təsdiqləyiblər.

Faktla bağlı araşdırma aparılır. (ölkə.az)


Xəbərin orijinal ünvanı: http://publika.az/news/hadise/193179.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR