FHN-nin xilasediciləri çayda batdığı ehtimal edilən 5 yaşlı uşağı axtarırlar

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Göyçay şəhərində çayda batdığı ehtimal olunan 2012-ci il təvəllüdlü Kazımova Xədicə Azər qızının batması barədə məlumat daxil olub.

Metbuat.az-ın məlumatına görə, dərhal Fövqəladə Hallar Nazirliyinin Dövlət Sularda Xilasetmə Xidmətinin dalğıc-xilasediciləri hadisə yerinə cəlb olunub və axtarışlara başlanılıb.

Nazirlikdən əlavə məlumat veriləcəyi bildirilir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR