Bakıda 17 yaşlı qız intihar edib

Bakının Suraxanı rayonu ərazisində intihar hadisəsi baş verib.

Metbuat.az "Report"a istinadən xəbər verir ki, 2000-ci il təvəllüdlü Natavan Quliyeva özünü Hövsan qəsəbəsində yerləşən binanın 7-ci mərtəbəsindən yerə atıb.

Zərərçəkmiş 3 saylı Şəhər Klinik Xəstəxanasına aparılıb. Həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı Suraxanı Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR