ŞOK QİYMƏT:

Qusarda 64 yaşlı ZİM 70 min AZN-ə satışa çıxarılıb.

Metbuat.az ARB Şimal-a istinadən xəbər verir ki, avtomobil, sahibi Gülmət Şahbazovdan cəmi 1 yaş kiçikdir. 70 min manata satılan avtomobilə ölkəmizdə nadir rast gəlinir. Sahibi onu 29 il öncə Qubadan 3 min rubla alıb. Lakin maşın ötən ilə qədər istifadə olunmayıb. Avtomobil 1 il ərzində sahibi tərəfindən saz vəziyyətə gətirilib.

Maşın ustası olan Gülmət Şahbazov avtomobildə çox cüzi dəyişikliklər edib. O, motor, oturacaqlar və təkərləri dəyişdirib. "QAZ-12"nin əksər dettaları isə elə zavoddan buraxıldığı gündən bu vaxta kimi qalmaqdadır.

2 ton 700 kq çəkiyə malik avtomobilin uzunluğu 6 metrdir. "QAZ-24" motoru ilə təchiz olunan maşın 95 at gücünə malikdir. Buraxılışının ilk illərində "QAZ-12" yüksək vəzifəli məmurların xidməti maşını olub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR