“Ölüm mələyi”ni kamerada döyüb öldürdülər

“Ölüm mələyi”ni  kamerada döyüb öldürdülər
04:09 31 Mart 2017
129 Digər
Ölkə mətbuatı
A- A+

ABŞ-da 50-dək insanı qətlə yetirdiyinə görə bir neçə ömürlük həbs cəzasına məhkum edilmiş “Ölüm mələyi” ləqəbli Donald Harvi həbsxana kamerasında döyülərək öldürülüb.

 

APA-nın “Assoşieyted Press”ə istinadən verdiyi xəbərə görə, Ohayo ştatının Tolido şəhər həbsxanasında cəza çəkən 64 yaşlı D.Harvi martın 28-də axşam saatlarında öldürülüb. Məlumata görə, naməlum şəxs kameraya daxil olaraq D.Harviyə ağır xəsarətlər yetirib. D.Harvi aldığı ağır xəsarətlərdən iki gün sonra xəstəxanada keçinib.  

 

Qeyd edək ki, 1970-1980-ci illərdə Tsinsinnati (Ohayo ştatı) və London (Kentukki ştatı) xəstəxanalarında sanitar çalışan Donald Harvi xəstəxana yeməyinə zəhər qatmaqla və ya süni nəfəs aparatından ayırmaqla xəstələri qətlə yetirib.  

 

D.Harvi 1987-ci ildə 37 nəfəri qətlə yetirdiyini etiraf edib. Bir müddət sonra o, Tsinsinnati xəstəxanasında daha 18 nəfəri  öldürdüyünü etiraf edib.  

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/270974

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR