Tramp Danimarka qarşısında tələb qoydu

Tramp Danimarka qarşısında tələb qoydu
06:29 31 Mart 2017
102 Digər
Ölkə mətbuatı
A- A+

ABŞ prezidenti Donald Tramp və Danimarkanın baş naziri Lars Lökke Rasmussen Baltik dənizi və Arktikada təhlükəsizliyin təmin edilməsi məqsədi ilə müttəfiqlər və tərəfdaşlarla birgə addımların atılmasına dair razılığa gəliblər.  

 

APA-nın “TASS”a istinadən verdiyi xəbərə görə, bu barədə Vaşinqtonda keçirilən danışıqların yekunlarına dair Ağ Evin açıqlamasında bildirilir.

 

Tərəflər NATO-nun XXI əsrin təhdidlərini dəf etmək iqtidarında olmasına inandıqlarını bildiriblər. Tramp Danimarkanı müdafiə xərclərini ölkə ÜDM-nin 2 faizi səviyyəsinədək artırmağa çağırıb. NATO ölkələri bir müddət əvvəl müvafiq razılığa gəliblər. Baş nazir ölkəsinin gələcəkdə müdafiə xərclərini artırmaqda maraqlı olduğunu təsdiqləyib.   

 

Tramp və Rasmussen həmçinin Əfqanıstandakı vəziyyəti və İŞİD-lə mübarizəyə dair məsələləri  müzakirə ediblər.  


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/270979

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR