"Ölüm mələyi" qətlə yetirildi

"Ölüm mələyi" qətlə yetirildi
07:33 31 Mart 2017
124 Dünya
Ölkə mətbuatı
A- A+

ABŞ-da 50-dək insanı qətlə yetirdiyinə görə bir neçə ömürlük həbs cəzasına məhkum edilmiş “Ölüm mələyi” ləqəbli Donald Harvi həbsxana kamerasında döyülərək öldürülüb.
Publika.az xəbər verir ki, Ohayo ştatının Tolido şəhər həbsxanasında cəza çəkən 64 yaşlı D.Harvi martın 28-də axşam saatlarında öldürülüb. Məlumata görə, naməlum şəxs kameraya daxil olaraq D.Harviyə ağır xəsarətlər yetirib. D.Harvi aldığı ağır xəsarətlərdən iki gün sonra xəstəxanada keçinib.
Qeyd edək ki, 1970-1980-ci illərdə Tsinsinnati (Ohayo ştatı) və London (Kentukki ştatı) xəstəxanalarında sanitar çalışan Donald Harvi xəstəxana yeməyinə zəhər qatmaqla və ya süni nəfəs aparatından ayırmaqla xəstələri qətlə yetirib.
D.Harvi 1987-ci ildə 37 nəfəri qətlə yetirdiyini etiraf edib. Bir müddət sonra o, Tsinsinnati xəstəxanasında daha 18 nəfəri öldürdüyünü etiraf edib. (apa)


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/193190.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR