Əli Həsənovun 31 mart soyqırımı ilə bağlı məqaləsi - Qırğızıstan mediasında

Əli Həsənovun 31 mart soyqırımı ilə bağlı məqaləsi - Qırğızıstan mediasında
08:03 31 Mart 2017
50 Digər
Ölkə mətbuatı
A- A+

Qırğızıstanın goldenbridgenews.com portalı Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi, tarix elmləri doktoru, professor Əli Həsənovun rus dilində “31 mart soyqırımı Ermənistanın azərbaycanlılara qarşı etnik təmizləmə siyasətinin ən qanlı səhifəsidir” adlı məqaləsini yayıb.

Publika.az xəbər verir ki, Məqalədə ermənilərin Azərbaycan torpaqlarına köçürülməsi, XX əsrin əvvəllərində ermənilər tərəfindən azərbaycanlılara qarşı etnik təmizləmə və soyqırımı siyasəti, yüzilliyin sonlarında Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları və hərbi təcavüzü haqqında ətraflı məlumat verilir. Erməni millətçilərinin təcavüzkar siyasəti nəticəsində XX əsrdə azərbaycanlıların dörd dəfə – 1905-1906-cı, 1918-1920-ci, 1948-1953-cü və 1988-1993-cü illərdə soyqırımı və etnik təmizləmələrə məruz qalması mənbələrə əsasən təhlil edilir. 1918-1920-ci illərdə ermənilər tərəfindən törədilmiş soyqırımlarının Bakı, Quba, Şamaxı ilə yanaşı, Şuşada, İrəvan quberniyası ərazisində, Zəngəzurda, Naxçıvanda, Şərurda, Ordubadda, Qarsda və başqa bölgələrdə davam etdirilməsi nəticəsində on minlərlə azərbaycanlının qətlə yetirilməsı elmi mənbələrə əsasən tədqiq olunur.

Məqalədə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin yaranma səbəbləri, ərazilərimizin 20 faizinin Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilməsi ilə bağlı tutarlı faktlar öz əksini tapıb.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/nida_xeber/193192.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR