Azərbaycanda təhsillə bağlı yeni qanun layihəsi hazırlanır

Azərbaycanda təhsillə bağlı yeni qanun layihəsi hazırlanır
08:22 31 Mart 2017
156 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycanda "Peşə təhsili haqqında" qanun layihəsinin hazırlanmasına başlanılıb. Milli.Az bildirir ki, bu barədə Trend-ə Milli Məclisin Elm və təhsil komitəsinin sədr müavini Bəxtiyar Əliyev deyib.

B.Əliyev bildirib ki, bununla bağlı komitə sədri İsa Həbibbəylinin rəhbərliyi ilə işçi qrupu yaradılıb.

Deputat qeyd edib ki, işçi qrupunda Təhsil Nazirliyi və digər aidiyyatı dövlət və qeyri-dövlət qurumlarının nümayəndələri təmsil olunurlar.

B.Əliyev hesab edir ki, qanun layihəsi yaxın vaxtlarda Milli Məclisin müzakirəsinə təqdim olunacaq.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/530710.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR