Astara rayonu, Təngərüd kəndində vətəndaşa məxsus "QAZ" markalı yük avtomobilinin mühərrik və salon hissəsi yanıb.
Fövqəladə Hallar Nazirliyindən Milli.Az-a verilən məlumata görə, avtomobilin qalan hissələr yanğından mühafizə olunub.
Yanğın saat 02:43-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
Milli.Az