"Ölüm mələyi" öldürülüb

"Ölüm mələyi" öldürülüb
08:47 31 Mart 2017
144 Dünya
Ölkə mətbuatı
A- A+

ABŞ-da 50-dək insanı qətlə yetirdiyinə görə bir neçə ömürlük həbs cəzasına məhkum edilmiş "Ölüm mələyi" ləqəbli Donald Harvi həbsxana kamerasında döyülərək öldürülüb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, Ohayo ştatının Tolido şəhər həbsxanasında cəza çəkən 64 yaşlı D.Harvi martın 28-də axşam saatlarında öldürülüb. Məlumata görə, naməlum şəxs kameraya daxil olaraq D.Harviyə ağır xəsarətlər yetirib. D.Harvi aldığı ağır xəsarətlərdən iki gün sonra xəstəxanada keçinib.

Qeyd edək ki, 1970-1980-ci illərdə Tsinsinnati (Ohayo ştatı) və London (Kentukki ştatı) xəstəxanalarında sanitar çalışan Donald Harvi xəstəxana yeməyinə zəhər qatmaqla və ya süni nəfəs aparatından ayırmaqla xəstələri qətlə yetirib.
 
D.Harvi 1987-ci ildə 37 nəfəri qətlə yetirdiyini etiraf edib. Bir müddət sonra o, Tsinsinnati xəstəxanasında daha 18 nəfəri öldürdüyünü etiraf edib.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/530714.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR