Ollandın "Feysbuk" səhifəsi dağıdılıb

Ollandın "Feysbuk" səhifəsi dağıdılıb
08:52 31 Mart 2017
77 Dünya
Ölkə mətbuatı
A- A+

Naməlum hakerlər Fransa prezidenti Fransua Ollandın "Feysbuk" sosial şəbəkəsindəki səhifəsini dağıdıblar. Milli.Az APA-ya istinadən xəbər verir ki, hakerlər prezidentin səhifəsini dağıdaraq, orada onun istefası ilə bağlı "ziyafətə dəvətnamə" dərc ediblər.

Elanda "ziyafət"in mayın 7-də Yelisey sarayında keçiriləcəyi bildirilir. Qeyd olunan postu prezidentin səhifəsindən bir saatdan sonra silmək mümkün olub.
 
Fransa prezidentinin administrasiyası insidentlə bağlı heç bir şərh verməyib.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/530713.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR