Məşhur gözəl Ronaldonu biabır etdi - FOTOLAR

Məşhur gözəl Ronaldonu biabır etdi -   FOTOLAR
09:07 31 Mart 2017
209 İdman
Ölkə mətbuatı
A- A+

Braziliyanın məşhur "Miss Bumbum" yarışmasının (ən yaxşı arxa gözəli) qalibi Erika Kanella Kriştiano Ronaldonu biabır edib. Fanat.Az xəbər verir ki, braziliyalı gözəlçə portuqaliyalı ulduzun onu evinə dəvət etdiyini bildirib.


20 yaşlı Erika Portuqaliyada yayımlanan "TV 7 Dias" adlı dərgiyə açıqlmasında Ronaldonun onu evinə dəvət etdiyini, amma telefonunda yaranan problem səbəbindən görüşün baş tutmadığını bildirib.


Dərgidə Ronaldonun Kanellaya "WhatsApp"dan göndərdiyi mesajların ekran görüntüləri yayımlanıb. 

Ulduz futbolçunun mesajlarda gənc modelə "Evimə gəlmək istəyirsən? Səni görmək istəyirəm" yazdığı görünür.


Kanella açıqlamasında bunları deyib: "Ronaldoya səfərim olduğunu və uçuş biletimi dəyişdirməyə çalışacağımı söylədim. Məni görmək istədiyini dedi. Hava limanına gedib biletimi dəyişdirdim. Daha sonra yenidən danışdıq. Bazar günü axşam saat 8-də qaldığım otelə məni aparmaq üçün maşın göndərdi. Amma telefonumda problem var idi və bir az gecikdim. Maşına minəndən sonra onunla danışdım. Hirsli və mənə qarşı qaba idi. Bundan xoşum gəlmədi. Mənə artıq vaxtının olmadığını, başqa işlərinin də olduğunu söylədi. Mən də ona "Mən 15 dəqiqəlik və ya yarım saatlıq qadın deyiləm" dedim və otelimə döndüm". 

 

Ronaldo ilə görüşmək fikrinin əvvəlcə ona gözəl göründüyünü bildirən Erika "Ancaq məndən bir mal kimi istifadə edəcəkdi və bunu danışanda anladım" deyib.


Fanat.Az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-mhur-gozl-ronaldonu-biabr-etdi-t57237.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR