Millimizin baş məşqçisi: "Belə oyunla final mərhələsinə vəsiqə qazana bilməyəcəyik"

Millimizin baş məşqçisi: "Belə oyunla final mərhələsinə vəsiqə qazana bilməyəcəyik"
09:12 31 Mart 2017
98 İdman
Ölkə mətbuatı
A- A+

İki fərqli oyun keçirdik. İlk matçla müqayisədə ikinci görüşə konsantrasiya ola bilmədik.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, bu sözləri futzal üzrəAzərbaycan millisinin baş məşqçisi Biro Jade deyib.

AÇ-2018-in seçmə mərhələsinə hazırlaşan millimiz Moldova ilə ikinci sınaq matçına çıxıb.
 
3:2 hesabı ilə millimizin xeyrinə başa çatan oyundan sonra braziliyalı çalışdırıcı fikirlərini bölşüb: "Paltardəyişmə otağında, eləcə də matçdan əvvəl keçirilən isinmə hərəkətləri zamanı uşaqların oyuna köklənə bilmədiyini müşahidə etdim. Anladım ki, bizim üçün çətin bir oyun olacaq. Təbii ki, Avropa çempionatının əsas mərhələsi zamanı da bu cür oyun nümayiş etdirsək, final mərhələsinə vəsiqə qazana bilməyəcəyik.
 
Müəyyən epizodlar oldu ki, razı qaldım. Birinci hissədə 5-in 4-ə oynadıq və 3 real qol epizodu yaratdıq. Ancaq heyətə cəlb etdiyim oyunçuların hamısına şans verməli idim, buna görə də 4-ün 4-ə oynamağa başladıq. Vəziyyət elə alındı sərəncamımda olan oyunçuların hamısını meydana buraxa bilmədim. Standart vəziyyətlərdən istifadəyə gəldikdə, ilk oyunla müqayisədə bu dəfə daha düzgün oynamağa çalışdıq. Təəssüflənirəm ki, epizodlardan istifadə faizi aşağı oldu".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/530717.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR