Özil Bundesliqaya qayıda bilər

Özil Bundesliqaya qayıda bilər
09:22 31 Mart 2017
96 İdman
Ölkə mətbuatı
A- A+

"Arsenal"ın və Almaniya millisinin üzvü Məsut Özil karyerasını yenidən Bundesliqada davam etdirə bilər.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, bu haqda təcrübəli futbolçunun özü açıqlama verib:

"Bundesliqaya qayıdışımı istisna etmirəm. Ailə üzvlərim, xüsusən də anam evimə yaxın olmağıma çox sevinərdi. "Arsenal"la hələ 1 illik müqaviləm var. Bu kluba sevgim sonsuzdur. Amma müqavilənin yenilənməsi ilə bağlı məsələ hələ açıq qalır".
 
Qeyd edək ki, Özil daha əvvəl Almaniyada "Şalke" (2006-2007) və "Verder"də (2008-2010) forma geyib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/530722.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR