"Çelsi"nin 80 milyonluq dərdi

"Çelsi"nin 80 milyonluq dərdi
09:27 31 Mart 2017
96 İdman
Ölkə mətbuatı
A- A+

"Çelsi" bu yay heyətinə bir hücumçu qatacaq. Fanat.Az xəbər verir ki, klub rəhbərliyi yüksək səviyyəli bir forvardın alınması üçün 80 milyon avroluq büdcə ayırıb.


Hazırda baş məşqçi Antoine Kontenin bu mövqeyə iki namizədi var. "The Sun"un xəbərinə görə, baş məşqçinin siyahısında "Real"dan Alvaro Morata və "Everton"dan Romelu Lukaku ye alıb. 


İtalyan mütəxəssisin Alvaro Moratanın transferinə üstünlük verdiyi bildirilir. Klubun idman direktorunun isə Romelu Lukakunun transferində israr etdiyi deyilir. Bu səbəbdən "Çelsi"nin 80 milyon avroluq dərdinin necə həll olunacağı maraqla gözlənilir.


Qeyd edək ki, "Real" 2014-cü ildə "Yuventus"a 20 milyon avroya satdığı Alvaro Moratanı ötən yay 30 milyon avroya geri alıb. Hazırda "Transfermarkt" ona 40 milyon avro qiymət qoyub. 24 yaşlı hucumçu cari mövsümdə meydana çıxdığı 32 rəsmi oyunda 13 qol vurub.


"Everton" Romelu Lukakunu 2014-cü ildə "Çelsi"dən 35,36 milyon avroya alıb. Hazırda "Transfermarkt" ona 50 milyon avro qiymət qoyub. 23 yaşlı belçikalı forvard cari mövsümdə 30 rəsmi oyuna çıxıb və 22 qola imza atıb.


Fanat.Az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-quotcelsiquotnin-80-milyonluq-drdi-t57238.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR