Alman kəşfiyyatı türk məscidlərinə “FETÖ”-çülərı yerləşdir – FOTOLAR

Alman kəşfiyyatı türk məscidlərinə “FETÖ”-çülərı yerləşdir  – FOTOLAR
09:53 31 Mart 2017
76 Dünya
Ölkə mətbuatı
A- A+

Almaniyanın Federal Kəşfiyyat Xidməti (BND) bu ölkədə yaşayan türk məscidlərinə bağlı dindarları həbs edib.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, Almaniya hökuməti saxlanılan türk dindarları casusluqda ittiham edir.

Türkiyə mediası yazır ki, bu cür ittihamlar tamamilə cəfəngiyyat və böhtandır.

Türkiyə mediasının məlumatına görə, bu cür ittihamların arxasında dayanan əsas məqsəd Almaniyadakı türk məscidlərinin zorla alınaraq, “FETÖ” terrorçularına təhvil verilməsidir:

“Almaniyanın xüsusi xidmət orqanı olan BND bu ölkədə fəaliyyət göstərən türk məscidlərinin imamlarının evlərinə hücum edərək, onları həbs edir, daha sonra isə onlarla “FETÖ” arasında “bazarlıq” edir. Konkret olaraq, BND “FETÖ”-nün fəal üzvləri olan Hayrettin Özkul, Abdullah Aymaz və Hilmi Baykanla gizli danışıqlar aparıb. Almaniya hökuməti bu ölkədə sağlam dini fəaliyyətlə məşğul olan türk dindarların yerinə sözügedən “FETÖ”-çüləri yerləşdirməyə çalışır. Məqsəd isə terrorçulara sığınacaq verib, əvəzində onlardan Türkiyəyə qarşı istifadə etməkdir”.

Vasif Həsənli


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/193201.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR