Rusiya prezidenti Vladimir Putinin varisi Aleksey Dyumin
ola bilər.
Publika.az Rusiya mediasına istinadən xəbər verir
ki, ekspertlər artıq varis planının işə düşdüyü haqda
danışırlar.
Qeyd edirlər ki, Dyuminin varis olması məsələsi dəqiqləşir.
Aleksey Dyuminin zəngin karyerası var. 43 yaşının olmasına
baxmayaraq, artıq general-leytenantdır. Rusiya Federasiyasının
Qəhrəmanı statusuna layiq görülüb, “Vətənə xidmətə görə” III və I
dərəcəli medalla təltif olunub. Bununla yanaşı, Suvorov medalı,
“Krımın qayıdışı üçün” medal, “Hərbi şücaətə görə” medal və digər
dövlət mükafatları alıb.
Dumin Putinin ən etibar etdiyi şəxslərdən hesab olunur.
Rusiya KİV-i yazır ki, Duminin Putinin varisi olması ehtimalı Qərbi
narahat edir. Çünki Qərb “KQB”-nin pokovniki olmuş Putinlə heç kimi
müqayisə edə bimirdi və onun gedişini səbirsizliklə gözləyir. Lakin
indi üfüqdə general-leytenantın görünməsi onları da qorxuya
salıb.
Asif Nərimanlı