Güllələnən şəxs məktəb direktoru çıxdı - Yevlaxdakı QƏTLİN TƏFƏRRÜATI - FOTO

Güllələnən şəxs məktəb direktoru çıxdı - Yevlaxdakı QƏTLİN TƏFƏRRÜATI - FOTO
10:05 31 Mart 2017
169 Ölkə
Ölkə mətbuatı
A- A+

Martın 30-da Yevlax rayonunda odlu silah ilə törədilən qətlin bəzi təfərrüatları məlum olub.

Milli.Az report-a istinadən xəbər verir ki, güllələnərək öldürülən Tağı Qurbanov Hacıselli kənd orta məktəbinin direktoru olub.

Hadisə o, işdən çıxıb evə gedən zaman baş verib. Azaq Musayev adlı şəxs aralarında yaranmış mübahisə zəminində həmkəndlisinə "İJ" markalı ov tüfəngindən atəş açıb. Müxtəlif bədən xəsarətləri alan T.Qurbanov xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Məlumata görə, mərhum uzun illər kənd məktəbinə rəhbərlik edib, şagirdlər, valideynlər ondan razı olublar. Yevlax Rrayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində qətli törədən şəxs saxlanılıb, onun hadisəni törədərkən istifadə etdiyi müvafiq sənədləri olmayan "İJ" markalı tüfəng götürülüb.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/530744.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR