“Belə oynasaq, final mərhələsinə çıxmayacağıq” - Millimizin baş məşqçisi

“Belə oynasaq, final mərhələsinə çıxmayacağıq” -   Millimizin baş məşqçisi
10:07 31 Mart 2017
44 İdman
Ölkə mətbuatı
A- A+

“İki fərqli oyun keçirdik. İlk matçla müqayisədə ikinci görüşə konsantrasiya ola bilmədik. Paltardəyişmə otağında, eləcə də matçdan əvvəl keçirilən isinmə hərəkətləri zamanı uşaqların oyuna köklənə bilmədiyini müşahidə etdim. Anladım ki, bizim üçün çətin bir oyun olacaq”.


Fanat.Az AFFA-nın saytına istinadən xəbər verir ki, bu sözləri futzal üzrə millimizin baş məşqçisi Biro Jade Moldova yığması ilə yoldaşlıq görüşündən (3:2) sonra deyib.

 

“Təbii ki, Avropa çempionatının əsas mərhələsi zamanı də bu cür oyun nümayiş etdirsək, final mərhələsinə vəsiqə qazana bilməyəcəyik” - deyə o bildirib.


B.Jade müəyyən epizodlardan razı qaldığını söyləyib: “Birinci hissədə 5-in 4-ə oynadıq və 3 real qol epizodu yaratdıq. Ancaq heyətə cəlb etdiyim oyunçuların hamısına şans verməli idim, buna görə də 4-ün 4-ə oynamağa başladıq. Vəziyyət elə alındı sərəncamımda olan oyunçuların hamısını meydana buraxa bilmədim. Standart vəziyyətlərdən istifadəyə gəldikdə, ilk oyunla müqayisədə bu dəfə daha düzgün oynamağa çalışdıq. Təəssüflənirəm ki, epizodlardan istifadə faizi aşağı oldu”.


Fanat.Az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-bel-oynasaq-final-mrhlsin-cxmayacaq-t57239.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR