Fransa prezidentinin Facebook səhifəsini "sındırdılar" - VİDEO - FOTO

Fransa prezidentinin Facebook səhifəsini "sındırdılar" - VİDEO - FOTO
10:17 31 Mart 2017
Ölkə mətbuatı
A- A+

Naməlum hakerlər Fransa prezidenti Fransua Ollandın Facebook-dakı rəsmi səhifəsini "sındıraraq" orada "dövlət başçısının istefası münasibətilə" partiyə dəvət yerləşdiriblər.

Milli.Az Europe1-ə  istinadən bildirir ki, partinin mayın 7-də keçiriləcəyi vurğulanıb.

Saxta dəvət səhifədə bir saat qalandan sonra silinib.

Bir qədər əvvəl "Fransua Ollandın istefası uğrunda" hərəkatının fəalları belə tədbirin keçiriləcəyini bəyan etmişdilər. Fəqət, hərəkat rəhbərləri prezidentin akkauntunun "sındırılması" olayına dəxli olmadıqlarını deyiblər.

Fransa prezidentinin administrasiyası olayı şərh etməyib.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/economy/530440.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR