Bakıya at dölləri gətirilir

Cəlilabad rayonunun Maşlıq kəndində qanunsuz at kəsimi və at əti tədarükü ilə məşğul olanlar aşkar edilib.

Kənd Təsərrüfat Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətindən Metbuat.az-a verilən məlumata əsasən, Dövlət Baytarlıq Nəzarəti Xidmətinin mütəxəssisləri və Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinin əməkdaşlarının iştirakı ilə Cəlilabad rayonu, Maşlıq kəndinin ərazisində yerləşən, Saqif Tərlan oğlu Abbasova məxsus köhnə quşçuluq fermasına baxış zamanı mənşəyi məlum olmayan 32 baş at əti, təzə kəsilmiş 31 baş atın daxili orqanları, baş-ayağı, ətdən ayrılmış at skeletləri, ana bətnində tam formalaşmış at döllləri aşkar olunub.

Ferma sahibinin dediyinə görə, tədarük olunan at ətlərini Bakı şəhərindən xüsusi adamlar gəlib aparıblar.

Kəsilmiş atların daxili orqanlarından və baş nahiyəsinin ətlərindən nümunələr götürülərək müayinə üçün Respublika Baytarlıq Laboratoriyasına göndərilib. Aparılan bakterioloji müayinələrin nəticəsinə əsasən, həmin ətlərdən götürülən nümunələrdə bakterioloji çirklənmə aşkar edilib.

Kəsilmiş atlardan götürülən nümunələrin laboratoriya müayinələrinin nəticəsindən asılı olaraq qanunvericiliklə müəyyən olunmuş qaydada qərar qəbul ediləcək.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR