"Qəza baş verəcəyi ehtimal edilən ərazilər nəzarətə götürülüb"

"Qəza baş verəcəyi ehtimal edilən ərazilər nəzarətə götürülüb"
10:37 31 Mart 2017
78 Ölkə
Ölkə mətbuatı
A- A+

Ölkə ərazisində müşahidə edilən qeyri-sabit hava şəraiti, o cümlədən güclü küləklə əlaqədar olaraq "Azərişıq" Açıq Səhmdar Cəmiyyəti gücləndirilmiş iş rejiminə keçib.

Milli.Az xəbər verir ki, bu barədə Trend-ə qurumun mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev məlumat verib.

Onun sözlərinə görə, qeyri-sabit hava şəraiti zamanı qəza baş verəcəyi ehtimal edilən ərazilər nəzarətə götürülüb:

"Bütün istiqamətlərdə, rayonlarda, qəsəbə və ucqar kəndlərdə əməkdaşlarımız gücləndirilmiş iş rejimində çalışır, texnikalar hazır vəziyyətə gətirilib. Ümumən, elektrik sistemi tam yenilənib, əhalinin fasiləsiz elektrik enerjisi ilə təchizatı üçün lazım olan bütün tədbirlər görülüb. Hər hansı bir ərazidə elektrik enerjisi verilişində problem yaranarsa, əməkdaşlarımız dərhal nasazlığı aradan qaldırmağa tam hazırdır".

T.Mustafayev bildirib ki, hazırda ölkə ərazisində elektrik enerjisinin verilməsində problem yoxdur.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/530755.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR