Bred Pitti görənlər tanımadı - FOTO

Bred Pitti görənlər tanımadı - FOTO
10:52 31 Mart 2017
181 Maraqlı
Ölkə mətbuatı
A- A+

Dünyanın ən məşhur aktyorlarından biri, Hollivud ulduzu Bred Pitt dünən Los-Ancelesdə studiyaya yollananda paparassilərə "hədəf" olub.

Onu reportyorlar belə, çətinliklə tanıyıblar.

Milli.Az TMZ-yə istinadən bildirir ki, 53 yaşlı aktyor həddən ziyadə arıqlayıb, tanınmaz hala düşüb.

6 övlad atası xanımı, 41 yaşlı aktrisa Ancelina Colidən boşanandan sonra depressiyaya düşüb.

O, son həftələr vaxtını Los-Ancelesdəki art-studiyada keçirir. O, dostu, britaniyalı heykəltaraş və rəssam Tomas Hanaqonun rəhbərliyi ilə heykəl yaradır.

Tanışlarının dediyinə görə, Bred Pitt studiyada 15 saat çalışır və bu zaman qəmli mahnılar dinləyir.

Ancelina Coli isə övladları Zahariy, Şilo, Vivyen, Noks, Meddoks və Paksla birlikdə Avropadan Los-Ancelesə qayıdıb.

Bu arada bəlli olub ki, Bred Pitt xanımı Ancelina Coli ilə barışmaq niyyətindədir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/530719.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR