İş adamının oğlu evində ölü tapıldı - FOTO

İş adamının oğlu evində ölü tapıldı - FOTO
11:17 31 Mart 2017
143 Dünya
Ölkə mətbuatı
A- A+

Türkiyənin Zonquldağda yerləşən Ereğli mahalında iş adamı Həsən Özdəmirin oğlu evində ölü tapılıb.

Milli.Az gazetevatan-a istinadən xəbər verir ki, 32 yaşlı Mehmet Özdəmirdən 4 gündür xəbər ala bilməyən yaxınları tək başına yaşadığı evə gəliblər. Qapını döymələrinə baxmayaraq açan olmayınca, yaxınları qapını qırıb evə girdiklərində gəncin cəsədiylə qarşılaşıblar. Hadisə yerinə gələn polislər evdə və gəncin avtomobilində araşdırma aparıblar.

Hər hansı bir xəstəliyi olmadığı deyilən gəncin qəfil ölüm səbəbi cəsədinin yarılmasından sonra ortaya çıxacaq.

Prokurorluğun hadisə ilə əlaqədar olaraq başlatdığı istintaq davam edir.

Məhəmməd Vaqif
Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/530769.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR