Bakının mərkəzində ABŞ səfirliyinin maşınını vurdular

Bakının mərkəzində ABŞ səfirliyinin maşınını vurdular
11:22 31 Mart 2017
99 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakının mərkəzində səfirlik avtomobili qəzaya uğrayıb.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, gecə saatlarında Puşkin küçəsi ilə Xaqani küçələrinin kəsişməsində, "Anadolu" restoranının yanında naməlum avtomobili küçədə dayanmış ABŞ-nın Azərbaycandakı səfirliyinə məxsus və səfirliyin əməkdaşı Maykl Meridisin idarə etdiyi 006 D005 dövlət nömrə nişanlı "Toyota" markalı avtomobili vurub. Qəzanı törədən sürücü nəqliyyat vasitəsi ilə birgə uzaqlaşıb.

Hadisə şahidləri səfirlik əməkdaşının maşının ağ rəngli taksi tərəfindən vurulduğunu bildirib.
 
Araşdırma aparılır. 

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/incedent/530775.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR