Azərbaycan kubokunda iki cəzalı

Azərbaycan kubokunda iki cəzalı
11:22 31 Mart 2017
59 İdman
Ölkə mətbuatı
A- A+

Azərbaycan kubokunun yarımfinal mərhələsinin ilk oyunları iki futbolçunun cəzalı duruma düşməsi ilə nəticələnib.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, "İnter" - "Qəbələ" qarşılaşmasında (1:3) xəbərdarlıq alan oyunçulardan ikisi cavab matçını buraxacaq.

Bunlar Tərlan Quliyev və Rafael Santosdu. "Kəpəz"lə 1/4 finalın ilk matçında da cəzalanan Tərlan "İnter"ə səfər oyununda kömək edə bilməyəcək.
 
Braziliyalı müdafiəçi isə ilk "sarı"sını "Zaqatala" ilə 1/8 final matçında almışdı. Onun komandası böyük ehtimalla mərhələ keçəcəyindən arxa xətt oyunçusu finalı gözləyə bilər.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/530764.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR