Trampın Bakıdakı layihəsi ilə bağlı ŞOK İDDİA

Trampın Bakıdakı layihəsi ilə bağlı ŞOK İDDİA
11:22 31 Mart 2017
107 Ölkə
Ölkə mətbuatı
A- A+

ABŞ-ın yüksək vəzifəli demokrat senatorları prezident Donald Trampın şirkəti ilə Azərbaycandan olan oliqarxın şirkəti arasındakı əlaqələrin araşdırılmasını tələb ediblər.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə İnterfax agentliyi qərb KİV-nə istinadən məlumat yayıb. Senatorların fikrincə, həmin oliqarxın İranın İslam İnqilabı Keşikçiləri Korpusu ilə də əlaqələri var. 

Senatorların bildirdiklərinə görə, onlar ABŞ-ın Maliyyə naziri Stiven Mnuçin, Ədliyyə naziri Ceff Seşns və Federal Araşdırma Bürosunun direktoruna bununla bağlı məktub yollayıblar. Məktubda Trampın şirkətinin antikorrupsiya qanunlarını pozması ilə bağlı narahatlıqlarını ifadə ediblər.  

Qərb KİV-nin yazdıqlarına görə, 2014-cü ildə Tramp Bakıda otel tikintisi ilə bağlı elan vermişdi. Bu layihədə partnyoru isə eks-nəqliyyat naziri Ziya Məmmədovun oğlu Anar Məmmədov olub. Layihədə məqsəd isə İslam İnqilabı Keşikçiləri Korpusu ilə bağlantısı olan çirkli pulların yuyulması olub.

Məktubda o da qeyd olunur ki, Trump Organization Baku Tower-lə olan razılaşmadan çıxsa da, bu, Trampın şirkətini məsuliyyətdən yayındıra bilməz. 

Eyni zamanda, Trump Organization-nın vəkili bildirib ki, layihə onlara məxsus deyil, heç kimə pul verməyiblər. Buna görə də, ABŞ qanunvericiliyini pozmaqdan söhbət gedə bilməz.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/politics/530774.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR