Atatürkün həyatında 19 ədədinin SİRRİ - FAKTLAR

Atatürkün həyatında 19 ədədinin SİRRİ - FAKTLAR
11:23 31 Mart 2017
82 Digər
Ölkə mətbuatı
A- A+

On doqquz ədədi Müasir Türkiyə Cümhuriyyətinin qurucusu və banisi Mustafa Kamal Atatürkün həyatında mühüm yer tutub. Belə ki, məşhur siyasətçinin, marşalın həyatının ayrı-ayrı mərhələlərini araşdırdıqca bu rəqəmlə bağlı faktlar ortaya çıxır.

Publika.az-ın məlumatına görə, bu faktlar Türkiyənin Dr. Muammer Yüksel adlı beyin cərrahı və biofizika mütəxəssisi Dr. Erhan Kızıltanın apardığı elmi araşdırmanın nəticəsi olaraq ortaya çıxıb. Qeyd edək ki, bu şəxslər araşdırma üçün zəruri olan kompüter proqramı yazıblar.

Proqramın işlədiyini sınamaq üçün Atatürkün 15-20 oktyabr 1927-ci ildə CHP-nin konqresində oxuduğu uzun mətnli nitqini - çıxışını proqrama yerləşdiriblər. Bir müddət sonra proqram onun çıxışındakı hər sözün neçə dəfə təkrarlandığını ortaya çıxarıb. Alimlər onun çıxışında 19 dəfə təkrarlanan sözləri ilk istifadə sıralarına görə bir araya gətirib və aşağıdakı mətni ortaya çıxarıblar:

"Bütün seçilmiş nümayəndələr millətə xidmət etmək əvəzinə vəzifələrini yerinə yetirməməkdədirlər. Onlara qanunlara əməl etmələrini bildirin, bunu deyin: yaxın zamana qədər mövcud fəaliyyətləri başqa gözlə görməyə çalışanlar vəziyyətin fərqinə varıblar. Zabitlərin xidmət etmələrinə siz mane olursunuz. İnsanlar bunun səbəbinin hökumətdə olduğunu düşünür.

Məqsəd aydındır - Diyarbəkirdə kürd dövləti qurmaq istəyirlər. Məmləkətin içində olduğu vəziyyət bir nəfərin proseslərə müdaxiləsini zəruri edəcək”.

Qeyd edək ki, bu mətn elm adamlarını çaşdırır. Çünki bu çıxış bugünkü Türkiyə ilə bağlı ipucları verir. Bir sözlə, Atatürk 100 il əvvəl bu gün Türkiyədə baş verənləri bilirmiş kimi görünür.

O ki qaldı 19 rəqəminin Atatürkün həyatında oynadığı rola, diqqət edin:

Atatürk XIX əsrin bitməsinə 19 il qalmış - 1881-ci ildə doğulub.

1881-ci il rum təqvimə əsasən 1297-yə bərabərdir. (1 + 2 + 9 + 7 = 19)

O, İstanbul Hərb Məktəbinə 1900-cü ildə qəbul olub. (Bu 100 dəfə 19 deməkdir). Maraqlıdır, həmin vaxt onun yaşı da 19 idi.

Atatürk Hərb Məktəbi bitirən 20-ci müdavimdən biri idi. Zabitlərdən birinin əcnəbi olmasını nəzərə alsaq, Atatürk məktəbi bitirən 19-cu zabit idi.

Onun orduda kapitan kimi xidmətə başlamasının nömrəsi 38-dir (Bu, 2 dəfə 19 deməkdir)

Sonradan Çanaqqala müharibəsinin zəfərlə nəticələnməsində böyük rol oynayan 19-cu tüməni yaratdı.

Atatürk 1915-ci ilin 19 mayında polkovnik rütbəsi alıb. Onun komandiri olduğu alayın nömrəsi 38 idi. ( 2 dəfə 19 deməkdir)

Gələcək dövlət başçısının komandiri olduğu başqa bir alayın nömrəsi 57-dir (bu 3 dəfə 19 deməkdir)

Atatürk 1916-cı ilin 19 martında general-mayor rütbəsi alıb. 1919-cu ilin 19 mayında Samsuna çıxaraq qurtuluş döyüşünə başladı. Həmin vaxt 38 yaşında idi. (bu da 2 dəfə 19 deməkdir)

TBMM-nin qurulmasına 1920-ci ilin 19 martında qərar verilib.

1921-ci ilin 29 sentyabrına isə marşal rütbəsi aldı.

Onun adı, soyadı 19 hərfdən ibarətdir.

Atatürk 1938-ci ilin 10 noyabrında dünyasını dəyişib. (1938 102 dəfə 19 deməkdir). Türkiyə dövlətinin rəhbəri və qurucusu 57 il yaşadı. (bu 3 dəfə 19 deməkdir)

O, dünyasını dəyişəndə yatağının altındakı silahında 19 güllə vardı.

Atatürkün cənazə namazı 19 noyabr 1938-ci ildə Dolmabahçe məscidində qılındı.

Atatürkün ölümü ilə bağlı silahdaşı İsmət İnönünün Türk Millətinə yazdığı bəyannamə 19 cümlədən ibarətdir.

Cənazəsində çalınan marşının nömrəsi 19 -dur. O, 19 notdan ibarət idi.

Atatürkdən miras olaraq 19.000 lirə qaldı. (bu da 1000 dəfə 19 deməkdir)

Ona məxsus məşhur "Nə xoşbəxt türkəm deyənə" sözləri 19 hərfdən ibarətdir.

Habelə "İstikbal (gələcək) göylərdədir" cümləsi də 19 hərfdən ibarətdir.

Bir maraqlı fakt da var: dövlət qurucusunun “İstanbul Akaretler“də qaldığı evin nömrəsi 19 idi.

Leyla


Xəbərin orijinal ünvanı: http://publika.az/news/maraqlitarix/182331.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR