Rusiyada həbs edilən azərbaycanlı taksi sürücüləri nə edib? - TƏFƏRRÜAT

Rusiyada həbs edilən azərbaycanlı taksi sürücüləri nə edib? - TƏFƏRRÜAT
11:24 31 Mart 2017
118 Digər
Ölkə mətbuatı
A- A+

Rusiyanın Sankt-Peterburq şəhər polisi tərəfindən həbs edilən 6 azərbaycanlı taksi sürücüsünün törətdiyi cinayətin təfərrüatı məlum olub.

 

Lent.az-ın yerli KİV-ə istinadən məlumatına görə, sürücülər quldurluqda ittiham olunurlar.

 

Məlumata görə, Peterburqun Mərkəz rayonunda taksi fəaliyyəti ilə məşğul olan azərbaycanlıların biri müştərisinin sərxoş olduğunu hiss edərək onu soymaq qərarına gəlib. Bu məqsədlə yaxınlıqdakı taksi sürücülərindən kömək istəyir. Sürücülər sərnişin üstündəki “iPhone 6s” və

“Vertu” markalı smartfonu və 15 min rubl pulunu ələ keçiriblər. Sərnişini evinə yox, şəhərin başqa bir yerinə aparıb atan sürücülər, onun üstünü axtararaq bank kartını da götürüblər. Bundan sonra həmin kartdan 1 milyon 600 min rubl (təxminən 46 min manat) çıxarıblar.

 

Məhz kartdan pul çıxarandan sonra polis onların izinə düşərək taksi sürücülərini həbs ediblər.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/270987

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR