Dayə uşağı vəhşicəsinə döydü, yerə çırpdı

İşlərinin çox olması səbəbi ilə bir çox valideynlər övladlarını dayəyə tapşırmağa üstünlük verir. Lakin evdən çıxdıqdan sonra dayələrin uşaqlarla necə rəftar etdiyindən bir çoxumuzun xəbəri olmur.

Metbuat.az xəbər verir ki, dayədən şübhələnən çinli evə gizli kamera quraşdırıb. Bundan sonra isə ortaya dəhşətli mənzərə çıxıb. Gün ərzində uşağı döyən dayənin ona zorla yemək yedizdirməsi və başına vurması sona qədər görüntülənib. Bundan sonra yaxalanan dayə psixolojji problemləri olduğuna görə belə rəftar etdiyini vurğulayıb.

Sözügedən görüntüləri təqdim edirik.

Rəvan Nasiroğlu / Metbuat.az



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR