Əli Əmirlinin əsəri beynəlxalq teatr festivalında

Əli Əmirlinin əsəri beynəlxalq teatr festivalında
11:37 31 Mart 2017
Ölkə mətbuatı
A- A+

Cəfər Cabbarlı adına Gəncə Dövlət Dram Teatrının kollektivi Türkiyənin Merzifon şəhərində Rusiya, Ukrayna, Gürcüstan və sair ölkə teatrlarının iştirak etdiyi ənənəvi beynəlxalq teatr festivalına qatılıb.

Bu barədə əməkdaşımıza teatrın direktoru, əməkdar mədəniyyət işçisi Əli Qasımov məlumat verib.

Milli.Az bildirir ki, Gəncə teatrının aktyorları festivala Əməkdar artist Novruz Cəfərovun quruluşunda əməkdar incəsənət xadimi, dramaturq Əli Əmirlinin "İyirmi ildən sonra" əsərinin tamaşası ilə qatılıblar. Tamaşada baş rollarda Xalq artisti Pərvanə Qurbanova və rejissorun özü, Əməkdar artist Novruz Cəfərov çıxış edib.

18 - 27 mart arası davam edən festivalın yekunlarına görə Gəncə teatrının kollektivi xüsusi priz və diplomla mükafatlandırılıb.

Qeyd edək ki, Əli Əmirlinin 1994-cü ildə qələmə aldığı bu əsər ilk dəfə Dövlət Gənclər Teatrında istedadlı rejissor Hüseynağa Atakişiyevin quruluşunda tamaşaya qoyulub.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/culture/530772.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR