Salyan şosesində baş verən çökmə lokal xarakterlidir

Salyan şosesində baş verən çökmə lokal xarakterlidir
11:39 31 Mart 2017
92 Digər
Ölkə mətbuatı
A- A+

 

Dünən Salyan şosesi, “Sədərək” Ticarət Mərkəzi istiqamətindəki magistral avtomobil yolunda çökmə baş vermişdi.

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin Geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov Lent.az-a bildirib ki, çökmə baş vermiş əraziyə baxış keçirilib: “ Çökmə prosesi lokal bir şeydir. Balaca bir ərazini əhatə edir. Təhlükəli bir hal yoxdur”.

 

Ə.Qaralov onu da qeyd edib ki, ETSN Milli Geoloji Kəşfiyyat Xidmətinin Geoloji planlama ekspedisiyasının əməkdaşları Cəlilabad rayonunda yeni yaranan sürüşmə sahələrinə baxış  keçirmək üçün yollanıb. Ətraflı məlumat veriləcək.

 

Xatırladaq ki, rayonun Çinar, Soyuqbulaq və Albalan kəndlərində yeni sürüşmə sahələri yaranıb.

 

 

 

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/271001

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR