Pitsanın xəmirini belə hazırlayın

Uşaqdan böyüyə bir çoxlarının sevimli yeməyi olan pitsanı evinizdə hazırlaya bilərsiniz.

Metbuat.az dadlı və yumşaq pitsa reseptini təqdim edir:

Xəmiri üçün :

5 stəkan un ( xəmirə görə artıra bilərsiniz )

1stəkan ilıq su

1 stəkan ilıq süd

Yarım stəkan zeytun yağı

1 çay qaşığı duz

1 çay qaşığı şəkər tozu

1 xörək qaşığı maya

Hazırlanmasına gəldikdə, xəmir yumşaq, lakin ələ yapışmaz vəziyyətə gətirilir. Yarım saatlıq özünə gəlməsi üçün kənara qoyulur.

Üzəri üçün :

Sous ( tomat pastası, bir qədər bitki yağı, zövqə görə kəklikotu qarışdırılır )

Pendir ( holland pendiri yaxud da mozarella pendiri də ola bilər )

ət yaxud kolbasa məmulatları

bibər

pomidor

zeytun

göbələk

Pitsa elə bir yemək növüdür ki, üzərinə istədiyiniz məhsullar əlavə edə bilərsiniz. Sadaladıqlarımız şərtidir. Xəmirin üzərinə məhsulları əlavə edib 180 dərəcədə qızdırılmış sobada təxminən 30 dəqiqə ərzində bişirin. Çıxarmağa 5 dəqiqə qalmış sürtgəcdən keçirilmiş pendiri əlavə etməyi unutmayın.

Nuş olsun!

Aysel Yaqubqızı / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR