Putin casus ehtiraslarını uşaq oyununa necə çevirdi? – “BEŞİNCİ KOLON”

Putin casus ehtiraslarını uşaq oyununa necə çevirdi? – “BEŞİNCİ KOLON”
11:53 31 Mart 2017
136 Dünya
Ölkə mətbuatı
A- A+

Rusiya prezidenti Vladimir Putin Moskvanın təsirini əhəmiyyətli dərəcədə artıraraq Qərb elitaları arasında özünün “beşinci kolon”unu təşkil edə bilib.

Publika.az xəbər verir ki, bu haqda “Financial Times” nəşrində siyasi müşahidəçi Saymon Kuper yazıb.

Onun sözlərinə görə, Putin bu baxımdan “soyuq müharibə” dövrünü üstələyib. Kuper qeyd edir ki, Fransanın “Milli Cəbhə” Partiyasının lideri, ultrasağçı Marine Le Pen məhz Rusiya tərəfindən maliyyələşdirilir.

“Kremlə loyal Rusiya nəşrlərdən biri elan etdi ki, Moskva ultrasağçı siyasətçiyə prezident seçkilərində qalib gəlməyə kömək edəcək. Nəşr sonra bu xəbəri tvitterdən sildi. Eyni zamanda, Vaşinqtonda FTB Moskvanın Donalda Trampa prezident olmağa kömək edib-etmədiyini araşdırır”, o yazıb.

Müəllifin fikrincə, “soyuq müharibə” dövrünün casus ehtirasları indiki hadisələrlə müqayisədə uşaq oyunu idi.

Ömər Dağlı


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/193218.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR