Tanınmış iş adamının oğlu evində ölü tapıldı

Türkiyənin Zonquldağ əyalətində iş adamı Həsən Özdəmirin oğlu yaşadığı evdə ölü tapılıb.

Metbuat.az bildirir ki, 4 gün əvvəl öldüyü müəyyən olunan gəncin meyiti müayinə üçün xəstəxanaya aparılıb. 32 yaşlı Mehmet Özdəmirin hansı səbəbdən öldüyü hələlik məlum deyil.

Faktla bağlı cinayət işi başlanılıb. Araşdırma aparılır.

Orxan / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR