Qarabağda “aprel müharibəsi”ndən daha dəhşətli toqquşma gözlənilir

Qarabağda “aprel müharibəsi”ndən daha dəhşətli toqquşma gözlənilir
12:13 31 Mart 2017
377 Digər
Ölkə mətbuatı
A- A+

“Ötən ilin “aprel müharibəsi”ndən sonra Qarabağ münaqişəsinin nizama salınması prosesi yenidən təhlükədədir. Xüsusilə bu dəfə vəziyyət aprel hadisələrindən daha gərgindir”.

Publika.az
xəbər verir ki, bu barədə Britaniyanın Beynəlxalq Araşdırmalar üzrə Kral İnstitutunun (Chatham House) analitik Lourens Broers deyib.

Onun sözlərinə görə, beynəlxalq ictimaiyyətin iki yolu var: “Ya müharibəni, ya da diplomatiyanın şok terapiyasını seçmək”.

L.Broers mövcud vəziyyətin ötən ilin “aprel müharibəsi” dövründəki vəziyyətdən fərləndiyini hesab edir.

Onun fikrincə, bu gün müharibə strategiyaları açıq-aydın gözdən keçirilir, lakin sülh strategiyaları yoxdur.

“Əgər ATƏT öz ərazisində ikinci böyük münaqişəni idarə etməyə hazır olmayacaqsa, o zaman sülhə nail olmaq üçün təcili şəkildə beynəlxalq səylərə təşəbbüs etmək lazımdır. Münaqişəyə lazımlı beynəlxalq diqqət əhəmiyyətli impuls olacaq”, - deyə o bildirib.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/nida_xeber/193223.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR