Benzinlə bağlı önəmli xəbər

Avtomobil alarkən insanların diqqət etdiyi məqamlardan biri nə qədər yanacaq işlətməsidir.

Bəzi sürücülər avtomobilin yanacaq sərfiyatının yalnız modelindən və texniki göstəricilərindən asılı olaraq artıb-azaldığını düşünürlər. Nəticədə cibə xeyli ziyan dəyir. Amma ustalar deyir ki, sürücülər bəzi qaydalara əməl edərsə, yanacağa 40 faizədək qənait edə bilər:

“Əgər mühərrikdə kompressor zəifdirsə, yanacaq çox işlənəcək”.

Bunu Metbuat.az-a açıqlamasında usta Əli Sultanov deyib: “Şamları vaxtında dəyişmək lazımdır. Yanacağın sərfiyyatı üçün hava filtri də böyük rol oynayır. Uzun müddət tixacda dayanarkən maşını söndürmək məsləhətdir.Yanacaq sərfiyatına təsir edən amillərdən biri də kondisionerlərdir. Kondisioner işlətdikdə yanacaq sərfiyatını şəhər kənarında 3-4, şəhər içində isə 10 faiz artırır.

Aysel Yaqubqızı / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR