Rusiya seçkilərə müdaxilə edilməkdə günahlandırıldı

ABŞ Senatının Kəşfyyyat Komitəsinin üzvü Mark Varner Rusiya prezidenti Vladimir Putinin ABŞ-da keçirilmiş seçkilərə qanunsuz olaraq müdaxilə etdiyini vurğulayıb.

Metbuat.az bildirir ki, Demokrat partiyasından olan senator Rusiyanın seçki prosesini zəiflətmək məqsədilə kampaniya başlatdığını iddia edərək, ABŞ mediasına etibarın aşağı düşməsi istiqamətində səy göstərildiyini qeyd edib.

Beynəlxalq Sülh Fondunun Rusiya və Avrasiya proqramının direktoru Eygen Runer isə Rusiyanın yeni hədəfinin Almaniya və Fransadakı seçkilər olacağını bildirib. Putin siyasətinin əsas istiqamətləri kimi NATO-nun dağılması və AB məsələsinin yoluna qoyulması diqqətə çatdırılıb.

Orxan / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR