Təhlükəsizlik Xidmətinin polkovniki öldürüldü - Ukraynada

Təhlükəsizlik Xidmətinin polkovniki öldürüldü - Ukraynada
12:42 31 Mart 2017
57 Dünya
Ölkə mətbuatı
A- A+

Bu gün səhər Ukraynanın şərqindəki Mariupol şəhərində avtomobilin partladılması nəticəsində Ukrayna Təhlükəsizlik Xidmətinin (SBU) vəzifəli əməkdaşı, polkovnik Aleksandr Xaraberyuş həlak olub.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə SBU-nun saytına məlumat verilib.
 
Milli Polisin Donetsk vilayəti üzrə İdarəsinin mətbuat xidmətindən bildirilib ki, hadisə Mariupol şəhərinin Mərkəzi rayonunda, yerli vaxtla saat 08:35-də "Maksim" kafe-barının yaxınlığında baş verib. Partladılan avtomobilin "Toyota-Prado" markalı olduğu bildirilir. Fakt üzrə Ukrayna Cinayət Məcəlləsinin 258-ci maddəsi (terror aktı) ilə cinayət işi açılıb. Hadisəni Donetsk separatçılarının kəşfiyyat-diversiya qrupunun törətdiyi ehtimal olunur.
 
"Ukrayna Təhlükəsizlik Xidməti günahkarları tapıb, cəzalandırmaq üçün hər şeyi edəcək. Biz borcumuzu çox tez qaytarırıq", - deyə SBU rəhbəri Vasili Qritsak bildirib.
 
Xatırladaq ki, son aylar Donetsk və Luqansk vilayətlərində separatçıların bir neçə tanınmış nümayəndəsi və komandiri qətlə yetirilib. Separatçılar bu hadisələrdə Ukrayna kəşfiyyatını ittiham edib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/530805.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR